Valideynlər (onlardan biri) valideynlik hüquqlarından məhrum ediləcəyi hallar sərtləşdirilir.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, valideynlər (onlardan biri) uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə valideynlik hüququndan məhrum ediləcək.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.