Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi bədnam qətnaməyə münasibət bildirib.
Diplomat bu barədə "Twitter” hesabında paylaşım edib.
"Fransa Milli Assambleyasının nəzərinə:
Ermənistan Azərbaycan ərazilərini 30 il işğal altında saxlayıb, bir milyon azərbaycanlının fundamental hüquqlarını pozub, hərbi cinayətlər törədib, regionu viran qoyub. Siz susmusunuz. İndi danışmaqla sülhə mane olursunuz!”, - Leyla Abdullayeva qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.