AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünya Azərbaycanın keçid etdiyi ədalətli sistemə keçid etməyə çalışır

  • + A
  • - A
  • 1-12-2022, 14:00

    Dünya Azərbaycanın keçid etdiyi ədalətli sistemə keçid etməyə çalışır

    Davamlı, sürətli inkişaf edən dövlətlərdə "uşaq pulu"nun verilməsi uğurlu siyasətlərinə uyğun deyil, geriyə aparır, artıq 21-ci əsrin 1/4 hissəsi geridə qalıb, düşünürəm, "uşaq pulu" sözü belə artıq tarixə qovuşmalıdır. Dünya sürətlə inkişaf edir, irəli gedir, bu kimi ehtiyaclardan artıq azad olmaq vaxtı gəlib, keçib. Bu günə qədər, heç bir dövlətdə verilən "uşaq pulu" ailənin maddi rifahını yüksəltmək məqsədilə verilməyib, həm verilən məbləğin azlığından bunu anlamaq olur, həm də dövlətlərin özləri də bunu bildirirlər. "Uşaq pulu" verən dövlətlər, ilk başda əhalisinin sayını artırmaq məqsədi ilə "uşaq pulu" verərlər, daha sonra bir çox işlərinə yaradığı üçün davamlı "uşaq pulu" verməyə davam edərlər. Məsələn, inkişafı ləng gedən, sürətli inkişafları olmayan dövlətlər üçün "uşaq pulu" vermək əlverişlidir, işsizlik faizi yüksək olan dövlətlər üçün "uşaq pulu" vermək əlverişlidir, yüksək və orta əmək haqqı vəd edən iş yerlərinin sayı az olan dövlətlər "uşaq pulu" verməyə məcbur ola bilirlər, adətən, "uşaq pulu" verilən dövlətlərdə əhalinin yaşayış səviyyəsini, maddi rifahını yüksəltmək məqsədi ilə heç bir sosial paket verilmir.

    Məsələn, Qazaxıstanda 18 yaşa qədər uşaqlar dövlətdən ayda 45 dollar müavinət alır, 45 dollara görə ölkədə əhalinin maddi rifahını yaxşılaşdırmaq üçün heç bir sosial paket mövcüd deyil, 45 dolları varlının uşağıda alır, kasıbın uşağı da, burada sosial ədalət pozulur. Özbəkistanda 2 yaşa qədər uşaqlara ayda 80 dollar ödənilir, cəmi 24 ay, buna görə də heç bir sosial paket mövcüd deyil, dəyərmi?! Azərbaycan dövləti sosialyönümlü dövlətdir, sosial ədaləti daim qoruyur.

    Azərbaycanda davamlı sürətli inkişaf var, orta və yüksək əmək haqqı vəd edən iş yerləri həddindən artıq çoxdur, işsizlik faizi minimumdu, 5 faizin altındadır, daim 5 faizin altında saxlanılması üçün böyük işlər görülür, əhalinin yaşayış səviyyəsini, maddi rifahını yüksəltmək üçün "uşaq pulu"ndan bir neçə dəfə çox, aztəminatlı ailələrə hər ay unvanlı sosial yardımlar verilir və digər sosial paketlər mövcüddür və.s

    Hansı dövlət "uşaq pulu" verməkdən azad ola bilibsə, səbəb, davamlı, sürətli inkişafı sayəsində, orta və yüksək əmək haqqı vəd edən iş yerlərinin sayını çoxalda bildiyinə görə, ölkədə işsizlik faizini minimuma endirə bildiyinə görə, sahibkarlığa böyük dəstək verdiyinə görə, azad rəqabət prinsipini qoruduğuna görə, bir sözlə əhalinin yaşayış səviyyəsini, maddi rifahını yaxşılaşdıra biləcək bütün gücləri səfərbər etdiyinə görə azad ola bilmişdir. O nöqtəyi nəzərdən, əslində "uşaq pulu"nun verilməsi uğur gətirməyəcək, digər uğurlara, inkişaflara ciddi neqativ təsir edəcək, dünya dövlətləri Azərbaycanın keçid etdiyi ədalətli sistemə keçid etməyə çalışır.

    Mircalal Mehdiyev


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR