Bakıda polis baş leytenantı xəstəlik səbəbindən vəfat edib.
Ölkə.Az-ın məlumatına görə, Binəqədi Rayon, 7-ci Polis Bölməsinin əməkdaşı 1983-cü il təvəllüdlü Abdullayev Rövşən Kamran oğlu ürək çatışmazlığından dünyasını dəyişib.
Polis zabiti Respublika Diaqnostika Mərkəzində müalicə alırdı.
Məlumata görə, R.Abdullayev bir müddətdir xəstəlikdən əziyyət çəkirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.