Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, 2 ildən artıqdır ki, koronavirusla mübarizə aparan dünya ABŞ-dan gələn xəbərlə sarsıldı. Bir müddət Çində işləyən ABŞ alimi koronavirus faktını açıqladı.
Dünyanın gündəminə bomba kimi düşən o sözlər...
2019-cu ilin son aylarında həyatımıza daxil olan Koronavirus (Kovid-19) bütün dünyada milyonlarla insanın həyatına son qoydu. Bir çox vərdişlərimizi geridə qoymağımıza səbəb olan bu virus, belə demək mümkünsə, qabığını dəyişməyə davam edir. Elm dünyası daha ölümcül variantla bağlı xəbərdarlıqlarını artırarkən, koronavirusla bağlı iddia bomba kimi gündəmə düşdü. Virusun mənşəyi, necə və nə vaxt ortaya çıxması ilə bağlı hələ dəqiq məlumata malik olmayan elm dünyası hazırda, ABŞ alimi Endryu Haffın sözlərini müzakirə edir.
New York Post qəzetindəki xəbərə görə, bir müddət Vuhandakı mübahisəli laboratoriyada işləyən ABŞ alimi "koronavirus reallığı" adlandırdığı şeyi açıqladı. Haff, virusun insan tərəfindən yaradıldığını və pandemiyadan 2 il əvvəl Vuhandakı laboratoriyadan sızdığını iddia etdi. “Vuhan reallığı” adlı kitab yazan alim hadisələri “11 sentyabr hadisələrindən sonra ABŞ kəşfiyyatının ən böyük uğursuzluğu” kimi qiymətləndirib.
“EcoHealth Alliance” və ABŞ hökuməti maliyyəçiləri arasında e-poçt yazışmaları 2017-ci ilin iyunundan 2019-cu ilin mayına qədər Wuhandakı müəssisəyə yarasalardan və digər yüksək riskli növlərdən olan viral DNT-nin göndərildiyini bildirdi. Həm Yunnan, həm də Laosdan toplanan genetik ardıcıllıqlar Vuhan institutunda onlayn verilənlər bazasında saxlanılırdı. Lakin bütün bu məlumatlar 2019-cu ilin sentyabrında Çin tərəfindən silindi. Çinin bu hərəkəti mütəxəssislərin laboratoriyada hansı ştammların tədqiq edildiyinə əmin olmalarına mane oldu.
Ötən dövrdə Çinin Koronavirus sənədləri ABŞ səlahiyyətliləri tərəfindən ələ keçirilib və Çinin sirr olaraq saxladığı layihə deşifrə edilib. ABŞ mətbuatında yer alan sənədlərə görə, çinli alimlər son 6 ildə bioloji və genetik silahlar, o cümlədən koronavirusla bağlı araşdırmalar aparırlar. Eyni sənədlərə görə, 2015-ci ildən bəri SARS koronaviruslarının hərbi potensialını qiymətləndirən Pekin administrasiyası bu layihəni mümkün “Üçüncü Dünya Müharibəsi” ssenarisinə hazır saxlayır.
Sözügedən sənədlərdə bu layihə müharibə şəraitində “qələbənin əsas silahı” adlanır və ətraflı araşdırmalar təklif edir. Sənədlərdə gözlənilənlərin əksinə olaraq Üçüncü Dünya Müharibəsinin kimyəvi və nüvə silahları ilə deyil, bioloji silahlarla aparılacağı tezisi var. ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı iki atom bombasına istinad edən sənədlərdə bioloji silahların yeni Dünya Müharibəsində “qələbə üçün əsas silah” olacağı vurğulanır.
Xalq Qurtuluş Ordusunda çalışan elm adamları tərəfindən hazırlanan dosyede silah hazırlamaq üçün xəstəliklərin manipulyasiyasını daha əvvəl görülməmiş bir şəkildə araşdırmaq iddiası yer alır.
Sənədlərdə bioloji silahların maksimum təsir göstərməsi üçün tələb olunan şərtlər də öz əksini tapıb. Sənədlərdə “bioloji hücum gecə və ya sübh vaxtı sabit küləyin olduğu vaxtda həyata keçirilməlidir” ifadəsi yer alıb.
Ülkər Piriyeva