AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xankəndi-Gorus yolundakı vəziyyət erməniləri təşvişə saldı - Vardanyan çağırış etdi

  • + A
  • - A
  • 6-12-2022, 10:10

    Xankəndi-Gorus yolundakı vəziyyət erməniləri təşvişə saldı - Vardanyan çağırış etdi


    Qarabağ separatçılarının rəhbərliyinə gətirilən milyarder Ruben Vardanyan təhlükəsizlik məsələsinin onlar prioritet olduğunu qeyd edib.

    AzadMedia.az Ermənistan KİV -nə istinadən xəbər verir ki, Vardanyan Əsgəranda yaşayan ermənilərlə görüşdə belə deyib. O, Əsgərandakı erməni icmalarının rəhbərləri ilə görüşərək müxtəlif məsələlərdən danışıb.

    Vardanyan erməniləri Xankəndi-Gorus yolunun bağlanmasına hazır olamağa çağırıb.

    Rusiyanın Qarabağdakı “adamı” deyib ki, bu yolun açıq olması və azərbaycanlıların orada nəzarət etməməsi üçün bütün imkanlardan istifadə edəcəklər.

    “Biz güclü olmalıyıq, birləşməliyik ki, məsələni bizim üçün qəbuledilməz şəkildə həll edə bilməsinlər. Biz bütün istiqamətlərdə mübarizəmizi davam etdirməliyik: diplomatik, hərbi, siyasi, informasiya. Biz ayıq və hazır olmalıyıq”, - Vardanyan separatçılara çağırışında vurğulayıb.

    Separatçıların qondarma "dövlət naziri" bildirib ki, Xankəndi-Gorus yolu Qarabağ erməniləri üçün həyati əhəmiyyət kəsb edir:

    “Vəziyyət belədir. Biz bununla hər vasitə ilə mübarizə aparmalıyıq. Bu reallıq bizdən həm problemlərin diaqnostikası, həm qərarların qəbulu, həm də ümumiyyətlə, hərəkət tərzimiz baxımından tamamilə fərqli yanaşmalar tələb edir. Biz çox ciddi təhlükələr və çağırışlarla üz-üzəyik, lakin mən əminəm ki, biz onların öhdəsindən gələcəyik”, - deyən Ruben Vardanyan son günlər panika yaşayan erməniləri sakitləşməyə çağırıb


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR