Azərbaycan Prezidenti İlham Əliyev Dağıstan Respublikasının rəhbərinin müşaviri Maqomed Səidoviç Qurbanova təltif olunduğu “Şöhrət” ordenini təqdim edib.
O, Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovu qəbul edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.