AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya-Ukrayna müharibəsində son vəziyyət... - Rusiyadan açıqlama - SON DƏQİQƏ

  • + A
  • - A
  • 6-12-2022, 15:50

    Rusiya-Ukrayna müharibəsində son vəziyyət... - Rusiyadan açıqlama -

    Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın Rusiyanın Dyagilevo və Engels hərbi aerodromlarına hücum etdiyini bildirib. Digər tərəfdən, Rusiyanın Ukraynanın rabitə və enerji sistemlərini hədəfə aldığı bildirilib.

    Rusiya-Ukrayna müharibəsində son vəziyyət...


    “Bu səhər Kiyev administrasiyası Rusiyanın uzaqmənzilli təyyarələrini zərərsizləşdirmək üçün Ryazan vilayətindəki Dyagilevo və Engels hərbi aerodromlarına sovet istehsalı olan pilotsuz uçuş aparatları ilə hücuma cəhd edib”, - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.

    Rusiya hava hücumundan müdafiə sistemlərinin PUA-lara müdaxilə etdiyi bildirilən açıqlamada, PUA hissələrinin düşərək partlaması nəticəsində 2 təyyarənin "cüzi" zədələndiyi bildirilib. Açıqlamada hadisə nəticəsində 3 əsgərin həyatını itirdiyi, 4 əsgərin isə yaralandığı qeyd edilib.

    Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 5-də Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə atdığı 70 raketin əksəriyyətinin Ukrayna qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb.

    Gecə saatlarında Telegram hesabında paylaşdığı videomüraciətdə xalqa müraciət edən Zelenski Rusiya qüvvələrinin yenidən ölkəsinə qarşı raket hücumları həyata keçirdiyini bildirib. Rusiya qüvvələrinin dekabrın 5-də Ukraynaya 70 raketlə hücum etdiyini qeyd edən Zelenski, “70 rus raketi atıldı, əksəriyyəti vuruldu. X-101 tipli və digər raketlər”. Deyə vurğulayıb.

    Ukrayna tərəfində tərəfdaş ölkələrin təqdim etdiyi hava hücumundan müdafiə sistemlərinin effektiv işlədiyini, lakin bunun kifayət etmədiyini qeyd edən Zelenski, “Təəssüf ki, hələlik hava məkanımızda tam təhlükəsizliyi təmin edə bilmirik.

    Sözsüz ki, qurbanlar var. Bu saata olan məlumata görə, bu gün Rusiya hücumlarında 4 nəfər həyatını itirib”. ifadələrdən istifadə edib.

    Rusiyanın hücumlarına görə ölkəsində elektrik kəsimlərinin davam etdiyini deyən Zelenski, Kiyev də daxil olmaqla bir çox bölgədə fövqəladə elektrik kəsilməsinin olduğunu qeyd edib.


    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR