Azadmedia.az - Azərbaycanın Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Görüşdə Azərbaycan ilə Dağıstan arasında müxtəlif sahələrdə münasibətlərin inkişafından məmnunluq bildirilib, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə edilib.
Tərəflər əmin olduqlarını bildiriblər ki, Azərbaycan ilə Dağıstan arasında əməkdaşlıq bundan sonra da qarşılıqlı faydalı Azərbaycan-Rusiya tərəfdaşlığının daha da möhkəmlənməsinə şərait yaradacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.