Bakıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Nizami rayonu, “8-ci kilometr” qəsəbəsində qeydə alınıb. 29 yaşlı Əhmədli Elşad Mayis oğlu yaşadığı binanın 7-ci mərtəbəsindən özünü atıb.
Məlumata görə, ali təhsilli olan Elşad “8-ci kilometr” (“Vasmoy”) bazarında arabaçı işləyib. Onun həmçinin psixoloji problemləri olduğu da bildirilir.
İntiharın səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.