"Fransa parlamentində qəbul olunan qətnamələr iki ölkənin münasibətlərinə zərbə vurur".
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın yeni səfiri Ann Buayon ilə görüşdə bildirib.
Görüşdə Azərbaycan-Fransa münasibətlərinin hazırkı durumu da müzakirə edilib. Nazir Fransa tərəfindən səslənən qərəzli fikirlərin və Fransa parlamentində qəbul olunan qətnamələrin Azərbaycan-Fransa münasibətlərinə zərbə vurduğunu və sülh prosesinə töhfə vermədiyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.