Türkiyənin Ankara şəhərində 14-cü Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir.
Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək məqsədilə Türkiyəyə səfər edən Azərbaycan nümayəndə heyəti Ankara şəhərində Heydər Əliyev Parkını ziyarət edib.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyularaq hörmət və ehtiram nümayiş etdirilib.
Sonra Azərbaycan nümayəndə heyəti Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib, məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.
Nümayəndə heyətinin rəhbəri Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev "Xatirə kitabı"na ürək sözlərini yazıb.
Azərbaycan nümayəndə heyətini ölkəmizin Türkiyədəki səfirliyinin və hərbi attaşelik aparatının əməkdaşları müşayiət ediblər.
Daha sonra general-leytenant H.Piriyev Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Baş Qərargahın ikinci rəisi ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.
Görüşlər zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.