AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Moskvada ermənilərin basdırdığı minalar barədə məsələ QALDIRILIB

  • + A
  • - A
  • 9-12-2022, 19:09

    Moskvada ermənilərin basdırdığı minalar barədə məsələ QALDIRILIB


    Dekabrın 9-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin müdafiə nazirlərinin görüşü keçirilib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasını bu iclasda Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov təmsil edib.

    General-mayor H.Mahmudov iclasda çıxış edərək Ermənistanın Azərbaycana qarşı 30 il ərzində törətdiyi cinayətlər barədə ətraflı məlumat verib.

    İdarə rəisi vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin edilməsi və orada bərpa işlərinin aparılması Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdəndir.

    Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərimizdə erməni hərbi birləşmələri tərəfindən basdırılmış minalar səbəbindən bərpa işləri ləngiyir.

    Münaqişə bitəndən indiyədək 268 azərbaycanlının bu minalardan həlak olduğu və yaralandığı diqqətə çatdırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR