“3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) regional əməkdaşlıq platformasının ikinci iclası yaxın aylarda baş tuta bilər.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib:
“Hazırda 3+3 formatında ikinci görüşün keçirilməsi ilə bağlı təşkilati üsullar üzərində iş aparılır. Ümid edirik ki, görüş yaxın aylarda baş tutacaq. Bütün iştirakçıların əhvali-ruhiyyəsinə əsasən, Gürcüstana dəvət göndərilə bilər”.
Onun sözlərinə görə, Rusiya Federasiyası iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi maraqları naminə “3+3” məsləhətçi regional platformasına olan tələbata əmindir.
Xatırladaq ki, “3+3” platformasına üzv ölkələrin ilk iclası ötən ilin dekabrında Moskvada baş tutub.
Mənbə: TASS
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.