AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tehran Orucoğlu: “Sülhməramlıların Vardanyanla birgə təxribatı onların Qarabağda qalmasını sual altında qoyur” - ÖZƏL

  • + A
  • - A
  • 10-12-2022, 22:00

    Tehran Orucoğlu: “Sülhməramlıların Vardanyanla birgə təxribatı onların Qarabağda qalmasını sual altında qoyur” - ÖZƏL



    “Biz sülh pərdəsi arxasında gizlənən sülhməramlıların kim olduğunu və kimlərə xidmət etdiyini yaxşı anlayırıq. Mövzuya iki prizmadan baxmaq lazımdır. Diplomatik və mənəvi”.

    Bu fikirləri Azadmedia.az-a açıqlaması zamanı siyasi şərhçi Tehran Orucoğlu səsləndirib. Azərbaycanlı ekoloqların Qarabağda üzləşdiyi təxribatıarı şərh edən Orucoğlu bildirib ki, bu, sülhməramlıların bundan sonrakı fəaliyyətlərini müəyyənləşdirən kartların açılması deməkdir.

    “Biz son iki il ərzində dəfələrlə təxribatların şahidi olmuşuq. Sülh göyərçinlərinin təxribatlarını və təxribatlara göz yummasını Rusiyanın rəsmi mövqeyi ilə də qarışdırmaq düzgün olmazdı. Son proseslər isə Azərbaycanın sülhməramlıların fəaliyyəti ilə bağlı qərarına təsir edəcək. Təxribatların davam etməsi bizə növbəti üç ili gözləməmək şansı verir. Ekoloqların ərazidə qarşılaşdığı çətinliklərlə bağlı Rusiya tərəfinə diplomatik müraciətlər ediləcək. Vəziyyət dəyişməyəcəyi təqdirdə sülhməramlıları ərazidən göndrəmə hüququ qazanmış olacağıq. Unutmaq olmaz ki, atəşkəsin pozulması həm də sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi ərazilərdən də baş verir. Bunların heç biri unutulmur və rəsmiləşdirilir”, - deyə. T.Orucoğlu qeyd edib.

    Ruben Vardanyan faktoruna toxunan şərhçi qeyd edib ki, onun Qarabağda olması da təxribatların yaranması üçündür.

    “Vardanyanın kimliyi hər kəsə məlumdur. O Rusiya vətəndaşlığından imtina edir, lakin əmlakı müsadirə edilmir. Yəni, pullarını da ölkədən çıxara bilir. Başqa hansı rusiyalı milyarder pullarını götürə bilib? Söhbət əlbətdə ki, Rusiya-Ukrayna müharibəsinin başladığı vaxtdan gedir. Əslində Vardanyanın Qarabağda olma səbəbi çox bəsitdir. Pulu var, ixtişaşlar yaradacaq. Qanunsuz silahlı dəstələri maliyələşdirəcək. Amma ki, Vardanyan kimi yüzlərləsinin olması reallıqları dəyişməyəcək. Azərbaycanın güclü ordusu var. İstənilən an “Qisas-2” əməliyyatını gerçəkləşdirə bilərik. Ekologların Vardanyanla danışıqlar aparmaması olduqca normaldır. Bu qondarma qurumla diplomatik münasibət demək olardı”, - deyə Tehran Orucoğlu əlavə edib.



    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR