İranda İsfahan Texnologiya Universitetində yanğın baş verib.
Yanğın kimya fakültəsinin laboratoriyalarından birində qeydə alınıb. Məlumata görə, yanğın zamanı azı bir nəfər ölüb.
"Yanğın bir saatdan az əvvəl bu universitetin Kimya fakültəsinin laboratoriyalarından birində baş verib. Yanğının qarşısı alınıb və ən qısa müddətdə söndürülüb. Qəzanın səbəbi və mümkün dəymiş ziyanın miqdarı araşdırılır", - İsfahan Texnologiya Universitetinin İctimaiyyətlə Əlaqələr direktoru açıqlayıb.
Mənbə İSNA Agentliyi
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.