AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistanın daha bir istəyi puç oldu

  • + A
  • - A
  • 15-12-2022, 09:41

    Ermənistanın daha bir istəyi puç oldu

    Ekspert: “Mülki missiyanın monitorinqi atəşkəsin Ermənistan tərəfindən pozulduğunu fiksə edib”

    Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel Brüsselin Azərbaycan-Ermənistan sərhədində monitorinq aparmaq üçün göndərdiyi mülki müşahidə missiyasının mandatını uzatmayacağını açıqlayıb. Müşahidə missiyası iki aya yaxındır Ermənistandadır və mandatının müddəti gələn həftə başa çatır. Beləliklə, Avropa İttifaqının Ermənistanda gələn həftə başa çatacaq müşahidə missiyasının mandatını uzatmayacağı açıqlandı. Ermənistan çox çalışırdı ki, mandatın müddəti uzadılsın. Bəs mülki missiyanın mandatının uzadılmamasında hansı faktorlar rol oynadı?

    Yeganə Hacıyeva

    Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Avropa İttifaqının mülki missiyası Azərbaycan-Ermənistan şərti sərhədində guya kimin atəşkəsi pozmasını fiksə etmək üçün nəzərdə tutulmuşdu. Monitorinq qrupu mülki təyinatlı olsa da, Avropa İttifaqı ölkələrindəki Ermənistan havadarları və İrəvan mülki missiya adı altında faktiki olaraq hərbçilər yerləşdirməyə çalışırdılar: “Ərazidə uzun müddət qalacaq hərbçilərdən ibarət beynəlxalq monitorinq qrupu olmasına çox çalışdılar. Bu işdə Fransa xüsusi canfəşanlıq etdi. Amma Azərbaycan tərəfinin kəskin etirazından sonra ümumilikdə 400 nəfərdən ibarət mülki missiya monitorinq qrupu əraziyə göndərildi. Mülki missiya iki ay ərzində sərhəddə gərginliyi monitorinq elədi. Azərbaycan mülki missiyanın monitorinq aparmasına ona görə razılıq vermişdi ki, əslində gərginliyin kim tərəfindən yaradıldığı Avropa İttifaqı səviyyəsində fiksə olunsun. Bu iki ay ərzində Ermənistan tərəfi dəfələrlə Azərbaycanı təxribata çəkməyə cəhdlər etdi. Lakin Azərbaycan təxribatlara uymadı. Nəticədə mülki missiya faktiki olaraq Ermənistan tərəfinin atəş açmasını qeydə aldı. Amma Ermənistan bunun əksini istəyirdi. Hətta ATƏT-dəki Ermənistan dostlarının iştirakı ilə bir qondarma missiya təşkil etdilər. Məqsəd o idi ki, Avropa İttifaqının mülki missiyası ermənilərin istədiyi kimi rəy hazırlamayacağı halda, həmin qondarma missiya alternativ "rəy" yaysın və həmin saxta rəyi sonra Avropa Parlamentinə çıxarsınlar. Ermənilər ilk vaxtlar Avropa İttifaqının mülki missiyasının vaxtının uzadılmasına çalışdı. Buna nail ola bilmədilər".

    Ekspertin sözlərinə görə, müddətin uzadılmamasının isə bir neçə səbəbi var: “Birinci səbəb odur ki, mülki missiyanın monitorinqi atəşkəsin Ermənistan tərəfindən pozulduğunu fiksə edib. Avropa İttifaqı institutlarındakı erməni lobbisi nümayəndələrinə qarşı cinayət işlərinin açılması da mülki missiyanın müddətinin uzadılmamasında səbəblərdən biri oldu. Avropa İttifaqında erməni maraqlarının təbliğatçıları sırasında əsas simalardan biri Eva Kayl rüşvətxorluq ittihamı ilə tutuldu. Bu şəxs Avropa Parlamenti-Ermənistan dostluq qrupunun üzvü idi. Bu həbslər bu qrupu mülki missiyanın müddətinin uzadılması ilə bağlı çox da cəhdlər etməməyə, ehtiyatlı davranmağa sövq etdi. Apardıqları kampaniyaları davam etdirmədilər. Üçüncü səbəb isə ermənilərin yaydığı informasiyaların təsdiqini tapmaması, Azərbaycanın apardığı diplomatik iş, düzgün məlumatlandırma oldu”.

    “Yeni Müsavat”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR