Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərində neft emalı zavodunda güclü yanğın baş verib.
Hadisə zamanı 2 nəfər ölüb, xəsarət alanların sayı 5 nəfərdir.
Vilayətin qubernatoru İqor Kobzevun məlumatına görə, partlayışdan sonra yanğın 2,5 min kvadratmetr ərazini əhatə edib.
Baş verən qəzaya səbəb texnoloji qurğuların sistemlərinin qazla çirklənməsi olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.