AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağda aksiya iştirakçıları yeni tələblər irəli sürüblər

  • + A
  • - A
  • 15-12-2022, 16:50

    Qarabağda aksiya iştirakçıları yeni tələblər irəli sürüblər


    Qarabağ iqtisadi zonasında faydalı yataqların qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçıları yeni tələb irəli sürüblər.

    Aksiya iştirakçıları Azərbaycanın suveren torpaqlarında Azərbaycanın bütün dövlət qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin (DİN), Dövlət Sərhəd Xidmətinin (DSX), Dövlət Gömrük Komitəsinin (DGK) nəzarətinin bərpa edilməsini və onların ayrıca nəzarət-buraxılış məntəqələrinin yaradılmasını tələb edirlər.

    Aksiya iştirakçıları həmçinin, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəaları tam icra olunmadığına görə Laçın istiqamətində Ermənistanla sərhəddə DSX-nin və DGK-nin ayrıca postlarının olması tələbini irəli sürüblər.

    İştirakçılar bildiriblər ki, hazırda ermənilərin yaşadığı ərazilərə Rusiya sülhməramlıları ilə yanaşı, həm də Azərbaycanın dövlət orqanları nəzarət etməlidirlər.

    Onlar mina terroruna son qoymaq, Ermənistan ərazisindən Azərbaycana silah-sursat, hərbçilərin daşınması, milli sərvətlərimizin ölkədən çıxarılması və digər qanunsuz əməllər üçün istifadə olunan Laçın yoluna nəzarət edilməsini və bu cinayətlərə, qanunsuzluğa son qoyulmasını tələb edirlər.

    Aksiya iştirakçıları Ermənistanın müharibə cinayətləri üçün istifadə etdiyi infrastrukturun, o cümlədən Laçın yolunun fəaliyyətinə imkan verməyəcək və məsələ müsbət həllini tapana kimi yoldan çəkilməyəcəklər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR