“Azərbaycanın istiqlaliyyətinə önəm veririk və bölgədə sülhün olması üçün çalışırıq”.
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O, Azərbaycanın haqq savaşında Türkiyənin hər zaman onun yanında olacağını bildirib:
“Can Azərbaycan 30 il işğal altında qalan öz torpaqlarını, Qarabağı 44 gün davam edən Vətən Müharibəsi ilə Ermənistandan təmizləyib. Biz də "iki dövlət, tək millət" anlayışı ilə bu günə qədər olduğu kimi, bundan sonra da Azərbaycan türkünün yanında olacağıq. Zəngəzur dəhlizinin açılması daxil, bütün haqlı savaşlarında yanında olmağa da davam edəcəyik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.