Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər üçün “qaynar xətt” yaradılıb.
Bu barədə apa-ya Şuşa-Xankəndi yolunda keçirilən dinc aksiyada iştirak edən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin mərkəz rəhbəri Dilarə Əfəndiyeva bildirib.
Dilarə Əfəndiyevanın sözlərinə görə, separatçıların yerli sakinlərə təzyiqlərinə baxmayaraq, əvvəlki günlərlə müqayisədə edilən zənglərin sayı əhəmiyyətli dərəcədə artıb.
“Müraciətlərin çoxluğunu nəzərə alaraq mən və həmkarlarım mərkəzimizdə “qaynar xətt”in yaradılması qərarını qəbul etmişik. Biz həmvətənlərimizin müraciətlərinə operativ qaydada cavab verməyə hazırıq. “Qaynar xətt”imiz belədir: +994702779911. Qarabağ regionunda yaşayanlar arasında bizə müraciət edənlərin məxfiliyini qoruyub saxlayacağımıza öz tərəfimizdən zəmanət veririk”, - hüquq müdafiəçisi vurğulayıb.
O, dialoqun zəruriliyini də qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.