Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın yolundan humanitar yardım maşınlarının keçidi davam edir.
Bu gün axşam saatlarında Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillərdən ibarət karvanın aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.
Rusiya sülhməramlılarının maşınlarında həm ermənilərə humanitar yardım, həm də sülhməramlılara məxsus təminat yükü aparılıb.
Azərbaycan dövləti və aksiya iştirakçıları bununla dinc erməni əhali ilə heç bir problemləri olmadığını bir daha nümayiş etdirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.