Gecə saatlarında Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən “pub”da kütləvi dava baş verib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib və 3 nəfər saxlanılaraq ərazi üzrə polis bölməsinə aparılıb. İlkin araşdırmalar nəticəsində xuliqanlıq edən şəxslərdən birinin telekanallardan birinin baş rejissoru olması müəyyən edilib.