Naxçıvan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar bu gün, dekabrın 19-da aviaşirkətin Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana və əks istiqamətdə planlaşdırılan reyslərinin həyata keçirilməsi yenidən təxirə salınıb.
Bu barədə “Azərbaycan Hava Yolları”nın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, təhlükəsizlik məqsədilə uçuşlar yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.
AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.
Əlavə suallar yarandıqda aviaşirkətin 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə callcenter@azal.az elektron poçt ünvanı və ya +994 55 204 65 54, +994 70 437 40 86 “WhatsApp” nömrələri vasitəsilə müraciət edə bilərsiniz.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.