Milli Məclisin deputatı Məşhur Məmmədov Masallı rayonunun Xırmandalı ərazi nümayəndəliyinə daxil olan
Ərəb kənd qəbristanlığında Şəhidlərin məzarını ziyarət edib, ailə üzvləri ilə görüşüb.
Azadmedia.az xəbər verir ki, deputat Məşhur Məmmədov tərəfindən baş tutan ziyarətdə köməkçiləri, şəhid ailələri və din xadimləri iştirak ediblər.
Belə ki, deputat M.Məmmədov tərəfindən Ərəb kənd qəbiristanlığında Şəhid Məmmədov Mirtahir Mirməmməd oğlunun, Şəhid Qurbanov Masim Hafiz oğlunun, Şəhid Qasımov Cəbrayıl Baloğlan oğlunun, Şəhid Hacıyev Müqəddəs Vəlişan oğlunun, Şəhid Tağlyev Fariz Zülfüqar oğlunun məzarları ziyarət edilib, gül dəstələri düzülüb, ruhları dərin ehtiramla yad edilib və dualar oxunub. Ruhları şad olsun!
Deputat bildirib ki, şəhid ailələri və qazilərimiz hər zaman dövlətin qayğısı ilə əhatə olunub, bundan sonra da olunacaqlar. Şəhidlərimiz Azərbaycan xalqının qəlbində əbədi olaraq yaşayacaq və sonsuz qürur mənbəyi olaraq daima yaddaşlara həkk olunacaqlar. Əziz şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirəm, - deyə deputat M.Məmmədov vurğulayıb.