Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.
Şuradan verilən xəbərə görə, iclasda platforma yayımçısı lisenziyasının alınması məqsədilə “Təhsil TV” MMC tərəfindən Şuraya daxil olmuş müraciətə baxılıb.
Müzakirələrdən sonra “Təhsil TV” MMC-yə (televiziya redaksiyasının adı: “Təhsil TV”) peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının verilməsi barədə qərar qəbul edilib.
İclasda, həmçinin, ümumölkə yerüstü radio yayımçısı olan “NHR” MMC-nin “Yurd FM” radio redaksiyasının proqramlarının yayım zonasının genişləndirilməsi məqsədilə Daşkəsən rayonu ərazisində yerləşən “Daşkəsən” RTYS-dan 96,9 MHs, Lerik rayonu ərazisində yerləşən “Lerik” RTYS-dan 94,7 MHs, Astara rayonu ərazisində yerləşən “Astara” RTYS-dan 97,5 MHs radiotezliklərinin “NHR” MMC-nin istifadəsinə verilməsi barədə qərar qəbul olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.