Bu gün səhər saatlarında Füzuli rayonu, Fin şəhərciyi yaxınlığında ağır yol qəzası baş verib.
1984-cü il təvəllüdlü Araz Fazil oğlu Nəzərovun idarə etdiyi “Mercedes” markalı avtomobil aşıb. Nəticədə sürücü və sərnişini, 1989-cu il təvəllüdlü İlkin İmdadlı hadisə yerində həyatlarını itiriblər.
Əldə etdiyimiz məlumata görə, qəzada vəfat edən şəxslərin ikisi də Azərbaycan Ordusunun zabitləridir. A.Nəzərov kapitan, İ.İmdadlı isə baş leytenant rütbəsində xidmət edirmiş. Onlar Vətən müharibəsində də iştirak ediblər və medallarla təltif ediliblər.
Qəzada dünyasını dəyişən sürücü, Azərbaycan Ordusunun mayoru A.Nəzərov Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nəzərovun qardaşıdır. O, bu gün doğulduğu Goranboyun Qızılhacılı qəsəbəsində dəfn ediləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.