Çin Ukraynadakı müharibədə Rusiyaya dəstək vermək niyyətində deyil.
Bunu ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə keçmiş koordinatoru Daniel Frid deyib.
O, çinlilərin Rusiyanın özünü hərbi baxımdan necə göstərməsindən şoka düşdüyünü bildirib:
“Çinlilər Rusiya Federasiyasının strateji səhv hesablamalarından, Putinin idarəetməsindən, yöntəmsizliyindən şoka düşüblər. Ən azı son bir neçə ildə Rusiya həmişə Çinin kiçik tərəfdaşı olub. İndi tamamilə aydındır ki, Rusiya aqressiv və bacarıqsız kiçik tərəfdaşdır. Çinin Putinə görə riskə gedəcəyinə şübhə edirəm".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.