“Laçın yolu ətrafında vəziyyətin kəskinləşməsi Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə işi çətinləşdirir”.
AzadMedia.az xəbər verir ki, bunu TASS-a açıqlamasında Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi vəziyyətin “yerində” həll edilməsi məqsədilə səylər göstərir: “Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının bütün istiqamətləri üzrə birgə işlərin tezliklə bərpa olunmasına ümid edirik”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.