AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Serbiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi

  • + A
  • - A
  • 27-12-2022, 09:50

    Serbiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi


    Serbiya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

    AzadMedia.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç göstəriş verib.

    Serbiyanın müdafiə naziri Miloş Vuçeviçin sözlərinə görə, Vuçiç Kosovo və Metohiya muxtar vilayətində yaranan vəziyyəti nəzərə alaraq belə bir qərar verib.

    Bununla yanaşı qeyd olunur ki, Serbiya ordusu Kosovanın alban rəhbərliyinin serbiyalılara qarşı hücuma hazırlaşmağa davam etdiklərindən döyüş hazırlığı vəziyyətinə gətirilib.

    Qeyd edək ki, Kosova polisi bir neçə keçmiş serbiyalı polisi 1998-1999-cu illərdə münaqişə zamanı cinayət törətməkləri ittihamları ilə saxladıqdan sonra Kosovo və Metohiyada gərginlik yaranıb. Buna cavab olaraq Kosovada yaşayan serbiyalılar avtomobil yollarında barrikadalar qurub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR