Kəskin qiymət artımı səbəbindən artıq geyim mağazaları da kreditlə şalvar, köynək, ayaqqabı satışına başlayıb.
Geyim mağazalarının əksəriyyəti müştəri azlığından bu yola əl atıblar. Artıq mağazalarda hətta 30, 50, 70 manatlıq geyimləri də kreditlə almaq mümkündür.
Geyim dükanı sahibləri bildirir ki, kəskin qiymət artımı səbəbindən alış aşağı düşüb, müştəri yoxdur. Qiyməti eşidən isə geri qayıdır. Vəziyyətdən çıxış yolu kimi mağazalar gündəlik geyimlər üçün belə kredit tətbiq edilər.
“İnsanların vəziyyəti ağırdır. Dükanlara yaxın duran yoxdur. Alver ölüb. Kredit təklif edirik ki, bəlkə ala bilməyənlər də bu fürsətdən yararlana”- deyə, sahibkar bildirib.
Tribunainfo.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.