Artıq Çində gələn il yanvarın 8-dən ölkəyə gələn şəxslərdən koronavirusla bağlı PCR-test tələb olunmayacaq.
Azadmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Çinin Baş Gömrük İdarəsi yayıb.
Bununla belə, Çinə səfər edən şəxslərdən ölkəyə gəlməzdən 48 əvvəl edilmiş koronavirus testi tələb olunacaq.
Qeyd edək ki, Çində koronavirusa yoluxma halları sürətlə artır. Buna baxmayaraq, ölkə rəhbərliyi COVID-19-la bağlı bir neçə məhdudiyyətləri ləğv edib. Belə ki, dekabrın 7-dən Çində işi yüksək yoluxma riski ilə əlaqəli olmayan şəxslər üçün mütləq PCR-test ləğv olunub. Bununla yanaşı, ölkə daxilində səyahət və yaxud ictimai yerlərə daxil olmaq üçün vaksin pasportu artıq tələb olunmur. Eyni zamanda, koronavirusu simptomsuz və yaxud yüngül keçirənlərə ev şəraitində özünütəcrid rejimində qalmağa icazə verilib.
Xatırladaq ki, Çində dekabr ayında ümumilikdə təqribən 250 milyon nəfərdə koronavirus aşkarlanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.