AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

T.C Afyon Valisi Doç.Dr. Kübra Güran Yiğitbaşı - “Afyon və Kəlbəcərin termal sular üzrə qardaşlaşmış şəhər statuslarına nail ola bilərik” - Özəl Reportaj

  • + A
  • - A
  • 29-12-2022, 17:03

    T.C Afyon Valisi Doç.Dr. Kübra Güran Yiğitbaşı - “Afyon və Kəlbəcərin termal sular üzrə qardaşlaşmış şəhər statuslarına nail ola bilərik” - Özəl Reportaj


    Afyon Valisi Doç.Dr. Kübra Güran Yiğitbaşı



    Afyon Valisi Doç.Dr. Kübra Güran Yiğitbaşı Azadmedia.az-da Ülkər Piriyevaya açıqlamasında - “Azərbaycan Cümhuriyyəti Silahlı Qüvvələrinin 44 günə əldə etdiyi möhtəşəm Zəfər dünyanın hərb tarixinə əbədi olaraq yazıldı. Azərbaycanın mədəniyyət paytaxtı olan qədim qala şəhər Şuşada aparılan ağlasığmaz döyüş əməliyyatları qüdrətli dövlətlərə örnək oldu.
    Şuşa təkcə qardaş Azərbaycan üçün deyil, həm də Türkiyə üçün mühüm şəhərdir, doğrudur oranı ziyarət etmək imkanım olmasa da, Şuşada çoxlu tarixi abidələrin olduğundan bilirik, ora həmçinin çoxlu görkəmli elm və mədəniyyət xadimlərinin doğma yurdudur.
    Əlbəttə ki, tarixi-mədəni sərvətlərinə, təbii gözəlliklərinə görə Qarabağın rəmzi şəhəri kimi qəbul edilən Şuşa həm də görkəmli bəstəkar və musiqiçilərinə görə “Azərbaycan musiqisinin beşiyi” kimi adlanır. Şəhər əsrlər boyu Cənubi Qafqazın siyasi və mədəni mərkəzlərindən biri olub. Bilirik ki, işğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan olunub və məhv edilib. İnşaallah bərpa olunacaqdır. Həmçinin bilirik ki, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının hardasa 39%-i işğaldan azad olunmuş rayonların payına düşür. Afyon kimi Qarabağda bir neçə rayonda, həmçinin Kəlbəcərdə xeyli dərəcədə termal sular var. Hətda Afyon və Kəlbəcərin termal sular üzrə qardaşlaşmış şəhər statuslarına nail ola bilərik.” - Deyə fikirlərini bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR