AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda 5 günlük bayram tətili başlayıb

  • + A
  • - A
  • 31-12-2022, 10:50

    Azərbaycanda 5 günlük bayram tətili başlayıb


    Bu gündən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq 5 günlük tətil başlayıb.

    Tətil günləri 2022-ci ilin dekabr ayının 31-i, 2023-ci ilin yanvar ayının 1,2,3 və 4 tarixlərini əhatə edir.

    Belə ki, 2022-ci ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2023-cü ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür.

    Bununla yanaşı, 31 dekabr və 1 yanvar tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişir və 2023-cü il yanvarın 3 və 4-ü də qeyri-iş günü olacaq.

    Beləliklə, tətil günləri ölkədə ardıcıl olaraq 5 gün davam edəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR