AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xırıltı və səsin batması: Mütəxəssis yeni qripin fəsadından danışdı - FOTO

  • + A
  • - A
  • 6-01-2023, 11:36

    Xırıltı və səsin batması: Mütəxəssis yeni qripin fəsadından danışdı - FOTO


    “Xırıltı və səsin dəyişməsi “B” qripinin xarakterik əlamətləridir. Onu “A” qripindən bu xüsusiyyətlə ayırmaq olar”.

    Bunu Rusiyanın Qamaleya Epidemiologiya və Mikrobiologiya Elmi Mərkəzinin direktoru, tibb elmləri doktoru Mixail Ginzburq “B” qripini “A” qripindən ayırd etməyin yollarından danışarkən bildirib:

    “O, səs tellərini vurur və insan dərhal xırıldamağa, fısıldamağa başlayır, səsi çox dəyişir, batır”, - deyə Ginzburq izah edib.

    Alimin sözlərinə görə, “B” qripinin qalan simptomları digər tənəffüs orqanlarının xəstəliklərinə bənzəyir: iltihablı proses burun-udlaqdan başlayır, sonra bronxlara və ağciyərlərə enir.

    “Əgər patogenin aşağı düşməsi prosesi dayandırılmasa, o zaman bakterial infeksiya da qoşulur, bu da bronxitə, ağciyər iltihabına və tənəffüs çatışmazlığına gətirir”, - deyə o bildirib.

    Ginzburq onu da vurğulayıb ki, “B” qripi virusunun yaratdığı xəstəlik “A” qripinin yaratdığı xəstəlik qədər ağırdır.

    Mənbə: TASS


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR