AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanda kişini girov götürüb pul istədilər

  • + A
  • - A
  • 6-01-2023, 16:34

    Azərbaycanda kişini girov götürüb pul istədilər


    Astara sakinini döyüb pul tələb ediblər.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 5-də Astara rayon Polis Şöbəsinə şəhər ərazisində atəş səsinin eşidilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində atəş açmaqda şübhəli bilinən rayon sakinləri R.Məlikov və əvvəllər məhkum olunmuş A.Rzayev saxlanılıblar. R.Məlikovdan müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

    A.Rzayev ilkin ifadəsində yanvarın 4-də saat 22 radələrində rayon sakinləri, əvvəllər məhkum olunmuşlar A.Vəliyevin, A.Əliyevin və Y.Kərimovun onu evdən çağıraraq rayon sakini, əvvəllər məhkum olunmuş R.Bağırovun idarə etdiyi “BMW” avtomobildə sonuncunun evinə aparmalarını bildirib. Onun sözlərinə görə, həmin evdə onu döyərək 10000 manat pul gətirməsini tələb ediblər və pulu gətirməsi üçün saat 2 radələrində buraxıblar.

    Keçirilən tədbirlərlə A.Vəliyev, A.Əliyev, Y.Kərimov və R.Bağırov saxlanılıblar.

    Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

    Faktla bağlı Astara rayon Polis Şöbəsində tərəfindən araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR