AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanlı tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis edilib

  • + A
  • - A
  • 12-01-2023, 17:36

    Azərbaycanlı tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis edilib




    "Palmali Holding" şirkətinin prezidenti, xeyriyyəçi Mübariz Mənsimovun təlimatına əsasən, "Palmali" donanmasına daxil olan bütün gəmilərdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş xatirə guşələri təşkil olunacaq.

    2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin banisi, dahi siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2023-cü il – Heydər Əliyev ili elan edilib.
    Qeyd olunur ki, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir:
    "Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizlə yanaşı, müasir Azərbaycanın banisi, ölkəmiz inkişafı üçün müstəsna xidmətləri olan dahi liderin xatirəsini əziz tutmaq bizim üçün şərəfdir. Fəaliyyətinin bütün dövrlərində Heydər Əliyev canından əziz bildiyi doğma vətəninin və xalqının mənafelərini daim müdafiə etmiş, respublikamızın inkişafı üçün böyük işlər həyata keçirmişdir. "Palmali" ailəsi olaraq biz Ümummilli Liderin Azərbaycanın xoşbəxt gələcəyi naminə gördüyü misilsiz xidmətləri daim xatırlayır və vurğulayırıq. Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı, Ulu öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün portretləri bütün gəmilərimizi bəzəyir".
    Bundan başqa, şirkətin sahibi Mübariz Mənsimovun təşəbbüsü ilə Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün “Heydər Əliyev” təqaüdü təsis edilib. Şirkətdən bildirilib ki, bu, Türkiyənin müxtəlif ali təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələr üçün stimul olacaq: "Təqaüd təhsilində yüksək nəticə əldə etmiş tələbələrə veriləcək. Bu, eyni zamanda, Mübariz Gurbanoğlu Yardımlaşma Vakfının dəstəyi ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adına məktəbdə təhsil alan azərbaycanlı şagirdlərə də aiddir".

    "Qafqazinfo"






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR