Əgər Nikol Paşinyan Ermənistanın KTMT-dən çıxması prosedurunun başlandığını bəyan etsə, bu, Moskva-İrəvan münasibətlərinin korlanmasında yeni mərhələ olacaq. Biz bilirik ki, bu kimi məsələlər hazırda İrəvan tərəfindən ciddi şəkildə nəzərdən keçirilir.
AzadMedia.az axar.az-a istinadən bildirir ki, bunu Cənubi Qafqaz üzrə ekspert Andrey Areşev deyib.
"Moskva-İrəvan münasibətlərindəki problemlər nə dünən, nə də Paşinyan dövründə yaranıb, bu məsələlər daha əvvəl olub, Paşinyan dövründə daha da güclənib", - o bildirib.
Areşev qeyd edib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərini tənzimləməlidir:
"İrəvan-Ankara münasibətlərinin nizamlanması üçün məsləhətləşmələr aparılır, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinə dair danışıqlar gedir və bütün bunlar kifayət qədər ciddidir. Ötən ilin sonunda sülh müqaviləsinin bağlanması perspektivi ilə Paşinyanla Əliyev arasında sammitin hazırlanması məsələsi gündəmdə idi. Lakin sonra nəsə problem yarandı".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.