İran zindanlarında saxlanılan məhbuslara, xüsusilə Şirazın Adilabad həbsxanasındakı qadın məhbuslara zorla əsəb və sakitləşdirici dərmanlar verilir.
Bununla bağlı yenicə Adilabad zindanından çıxmış Leyla Hüseynzadə danışıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Leyla Hüseynzadə özünün sosial media hesabında etdiyi paylaşımda bildirib ki, məhbuslara zorla dərman verilir və bundan sonra onlar hərəkət və hətta danışmaq qabiliyyətlərini bir neçə günlük itirirlər. Tələbə hərəkatı fəalı olan xanım Hüseynzadə bununla yanaşı adıçəkilən zindanda qadınların təhqir olunduqlarını, zorakılığa məruz qaldıqlarını və ən zəruri imkanlardan belə məhrum edildiklərini qeyd edib.
AXAR.AZ
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.