AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Zelenski ilə danışıqlardan söhbət gedə bilməz"

  • + A
  • - A
  • 18-01-2023, 13:26

    "Zelenski ilə danışıqlardan söhbət gedə bilməz"


    "Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlardan söhbət gedə bilməz".

    Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli KİV-ə açıqlamasında deyib.

    “Zelenski Rusiya hökuməti ilə danışıqları qanuni olaraq qadağan etdiyinə görə onunla danışıqlardan söhbət gedə bilməz”, - nazir deyib.

    Qeyd edək ki, ötən gün Ukrayna prezidentinin mətbuat katibi Vladimir Zelenski Rusiya tərəfi ilə danışıqların əsas şərtlərini sadalayıb. Sergey Nikiforovun sözlərinə görə, Ukrayna "təcavüzkar ölkə ilə" danışıqların "bir sıra əsas, universal prinsiplərə" əsaslandığı təqdirdə, onunla razılaşmağa hazırdır. O əlavə edib ki, Kiyev Rusiya tərəfinin irəli sürdüyü “ultimatumları” imzalamaq niyyətində deyil.

    Öz növbəsində, Rusiya rəsmiləri dəfələrlə Kiyev hakimiyyəti ilə danışıqlara hazır olduqlarını bəyan ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR