AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Helikopter qəzasında ölən nazir cəbhə xəttinə gedirmiş

  • + A
  • - A
  • 18-01-2023, 14:24

    Helikopter qəzasında ölən nazir cəbhə xəttinə gedirmiş

    "Brovarıda helikopterin qəzaya uğraması nəticəsində həlak olan Daxili İşlər Nazirliyinin rəhbərliyi döyüş əməliyyatlarının getdiyi qaynar nöqtələrdən birinə uçurdu".

    AzadMedia.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident aparatının rəhbərinin müavini Kirilo Timoşenko brifinqdə bildirib.

    "Daxili işlər naziri ölkəmizin qaynar nöqtələrindən birinə helikopterlə gedirdi", - Timoşenko bildirib.

    Bununla yanaşı, Timoşenko Daxili İşlər Nazirliyinin strukturlarının işləməkdə və öz funksiyalarını yerinə yetirməkdə davam etdiyini açıqlayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR