“Ölkəmizi bu gün Türkiyəni Suriyada uğursuzluğa düçar etməyə çalışanlar, Qarabağda “utanc verici vəziyyətə”, Egey dənizində ümidsiz vəziyyətə salmağa çalışanlar tərəfindən tənqid olunur”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bayraktar pilotsuz uçan aparatlarının tənqidindən təəssüflənərək, bunu “ölkənin nailiyyətlərini aşağılamaq” istəyən “anti-Türkiyə dairələri”ni günahlandırıb.Türkiyə liderinin sözlərinə görə, dron istehsalçısının qarayaxma kampaniyasının əksinə olaraq, “Baykar” bu gün o qədər çox sifarişlər alır ki, şirkətin istehsal gücü tam doludur, tədarüklər 4-5 il əvvəldən planlaşdırılır. “Dünən Türkiyəyə pilotsuz təyyarələr verməkdən imtina edənlər indi PUA almaq üçün Ankaraya üz tuturlar”.
"Baykar"ın tənqid edilməsinə səbəb bu şirkətin Türkiyənin nailiyyətlərinə verdiyi töhfədir" deyən Ərdoğan, "Baykar"ın "Bayraktar TB-2" PUA-larının bir çox bölgədə özünü yüksək səviyyədə sübut etdiyini xatırladıb: "Suriyadan Qarabağa".
Onun sözlərinə görə, bu gün Türkiyədə pilotsuz təyyarələr istehsal edən səkkiz şirkət var. “Ölkəmizi bu gün Türkiyəni Suriyada uğursuzluğa düçar etməyə çalışanlar, Qarabağda “utanc verici vəziyyətə”, Egey dənizində ümidsiz vəziyyətə salmağa çalışanlar tərəfindən tənqid olunur”, - Ərdoğan bildirib.
“Son onilliklər ərzində Türkiyənin müdafiə şirkətlərinin sayı 56-dan 2700-ə, hərbi sənaye kompleksi layihələrinin büdcəsi isə tenderlər daxil olmaqla 5,5 milyard dollardan 75 milyard dollara yüksəlib. Türkiyənin müdafiə təyinatlı məhsullarının ixracı 4,5 milyard dollar həddinə yaxınlaşıb, idxalı əvəzləmə səviyyəsi isə 20 faizdən 80 faizə düşüb”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.