İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Cozep Borrell arasında telefon danışığı olub.
AzadMedia.az İRNA agentliyinə istinadən xəbər verir ki, tərəflər Avropa Parlamentinin İrana qarşı qətnamə layihəsini qəbul etməsindən sonra fikir mübadiləsi aparıb.
Abdullahian Avropa Parlamentinin gərgin və emosional yanaşmasını sərt şəkildə tənqid edərək, bunu düşünülmüş və yanlış davranış hesab edib: "Təəssüf ki, bu gün biz Avropa Parlamentinin emosional, sərt və qeyri-peşəkar, rasionallığa və sivilliyə zidd olan qətnamə layihəsinin qəbul edilməsinin şahidi olduq".
Onun sözlərinə görə, diplomatiya aləmində qarşılıqlı təhlükəsizliyə hörmət edilməli, təhdid və qeyri-dost hərəkətlərin dilindən getmək əvəzinə, qarşılıqlı etimadın artırılması gündəmdə olmalıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.