Ceyhun Məmmədov,
Millət vəkiliPrezident İlham Əliyevin İsveçrə səfəri və burada keçirilən görüşlər bir çox aspektdən xüsusi önəm daşıyır. Bu öncə Prezident İlham Əliyevin dünya liderləri arasında özünəməxsus yeri olduğunu, ona böyük etimadın olduğunu göstərir. Nəzərə almaq lazımdır ki, Davos Forumuna bütün dövlət başçıları dəvət edilməyib. Azərbaycan bu tədbirə dəvət olunan azsaylı ölkələrdəndir.
Bu, eyni zamanda ölkəmizin artan nüfuzunun, dövlətimizə olan diqqətin göstəricisidir. Biz cənab Prezidentin müxtəlif dövlətlərin təşəbbüsü ilə bir sıra mühüm görüşlərlərin keçirdiyinin şahidi olduq.
Onu da qeyd edək ki, Avropa ölkələri və böyük şirkətlərin rəhbərləri də bu görüşlərdə fəal iştirak edir, mövqe və yanaşmalarını ortaya qoyurlar. Prezident İlham Əliyev bu görüşdə bir çox vacib məsələləri qaldırdı. Bu görüşlərin həm siyasi, həm də iqtisadi əhəmiyyəti var.
Forumun digər əhəmiyyəti ondan ibarətdir ki, buradakı görüşlərdə iştirak edən media nümayəndələri, ayrı-ayrı ölkə başçıları, beynəlxalq qurumların rəhbərləri Laçın-Xankəndi yolunda baş verən hadisələr barədə geniş məlumatlandırıldı.
Prezident görüşlərdə Ermənistanın çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı Azərbaycanın təklifinə cavab vermədiyini vurğuladı. O qeyd etdi ki, Ermənistanın Forumda olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib. Azərbaycanın təklifi liderlərin Gürcüstanda görüşməsindən ibarət idi. Çünki Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub, lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir, çünki əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar. Ancaq Ermənistan bu fürsəti də dəyərləndirmədi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.