ABŞ prezidenti Co Bayden dövlət başçısı kimi fəaliyyətinin 291 gününü məzuniyyətdə keçirib.
Azadmedia.az xəbər verir ki, bu məlumatı Respublikaçılar fraksiyasının milli komitəsi paylaşıb.
Məlumata görə, yanvarın 21-i dövlət başçısının Delaverdə olmasının 200-cü günü olub. Bu barədə partiyanın Milli Komitəsi Twitter sosial şəbəkəsindəki səhifəsində yazıb.
Baydenin prezidentlik müddətinin düz yarısı cümə günü, yanvarın 20-də keçdi. Bu günlərdə dövlət başçısı Cənubi Karolinanın Kiava adasında, Vircin adalarında və Delaver ştatında dincəlməyə gedib. Amerika lideri bu həftə sonunu 2022-ci ildə velosipedindən yıxıldığı Rehoboth Beach-də keçirəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.