BMT-nin baş katibi Antonio Quterreş Stokholmda Quranın yandırılması aksiyasını pisləyir .
Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.
"BMT-nin baş katibi Sivilizasiyalar Alyansının rəhbəri Migel Anxel Moratinosun bu əməli - Qurani-Kərimin yandırılmasını pisləyən bəyanatını tam dəstəkləyir", - Düjarrik bildirib.
Quterreşin sözçüsü də hadisəni İslam, yəhudilik və digər dinlərə qarşı “artan nifrətin” başqa bir simvolu adlandırıb.
“Bu cür hərəkətlər açıq şəkildə pislənməlidir, biz bunu edirik”, o vurğulayıb.
Yanvarın 21 -də Danimarkanın ifrat sağçı Hard Deal partiyasının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranı açıq şəkildə yandırıb. Yerli media aksiyanın yerli hakimiyyət orqanlarının icazəsi ilə baş tutduğunu yazıb.
Daha sonra Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, Türkiyə tərəfi İsveç və Finlandiyanın Qurana və prezident Tayyib Ərdoğana hücum hadisələri ilə bağlı hərəkətsizliyini qəbul etmir .
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.