Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammitində aparılan müzakirələr barədə məlumat verib.
Nazir bu barədə tviterdə yazıb.
"Özbəkistanda keçirilən İƏT-in 26-cı Nazirlər Şurasının iclasına qatıldım. Ərzaq, enerji, təchizat zənciri sahələrində artan qlobal çətinliklər səbəbindən İƏT ölkələri arasında daha çox iqtisadi və enerji əməkdaşlığına duyulan ehtiyac vurğulandı", - deyə XİN başçısı qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.