AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Parlamentdə deputatlar xalqı təmsil edir və üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirirlər

  • + A
  • - A
  • 25-01-2023, 19:20

    Parlamentdə deputatlar xalqı təmsil edir və üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirirlər

    Erkin Qədirlinin məlum açıqlamasına Azadmedia.az millət vəkili Ceyhun Məmmədovdan münasibət öyrənərkən millət vəkili bütövlükdə parlamentin fəaliyyətinin şübhə altına alınmasının qəbuledilməz olduğunu bildirdi və hər kəsi açıqlama verərkən diqqətli olmağa çağırdı. Ceyhun müəllimin sözügedən açıqlamasını təqdim edirik:
    Qeyd etmək lazımdır ki, bütövlükdə Azərbaycanın parlamentinin fəaliyyətini şübhə altına almaq, eləcə də seçkilərin qeyri demokratik keçirildiyini qeyd etmək hesab edirəm ki, düzgün yanaşma deyil. Parlament Azərbaycan xalqını təmsil edən bir qanunverici orqandı və onun kifayət qədər səmərəli bir fəaliyyəti var. Bu da danılmaz bir faktdır ki, Milli Məclis Azərbaycan parlament diplomatiyasını da uğurla həyata keçirir. Bu baxımdan belə bir açıqlama verilməsini kökündən yalnış hesab edirəm. Bu gün parlament Azərbaycan xalqının iradəsini ifadə edir və fəaliyyətini normal şəkildə davam etdirir. Buna görə də seçkilərin qeyri şəffaf keçirildiyi fikrini düzgün hesab etmirəm. Parlamentdə deputatlar xalqı təmsil edir və üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirirlər. Bu gün Parlament xalqımızın inkişafı, dövlətimizin güclənməsi, müstəqilliyinin möhkəmlənməsi üçün mühüm addımlar atır. Ona görə bu məsələdə hesab edirəm ki, hər kəs açıqlama və bəyanat verərkən diqqətli olmalı, yalnış açıqlamalardan uzaq olmalıdır. Əlbətdə hər kəs öz şəxsi fikrini bildirməkdə azaddır. Ancaq bu o demək deyil ki, bütövlükdə parlamentin fəaliyyətini şübhə altına alsın.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR