Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandiri, polkovnik-leytenant Qor Agekyana qarşı cinayət iş açılıb.
Bu barədə Eermənistan hüquq-mühafizə orqanları məlumat yayıb.
Məlumatda Basarkeçər rayonunun Azad kəndində yerləşən hərbi hissənin komandiri olan Agekyan saxlanması ilə bağlı istintaq işlərinin davam etdirildiyi qeyd olunub.
Xatırladaq ki, noyabrın 18-də həmin kənddə yerləşən hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi ölüb, 6 əsgər və 1 zabit yaralanıb. Bundan sonra Ermənistan silahlı qüvvələrinin İkinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan və digər zabit heyəti işdən çıxarılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.