İraq və Fransa arasında strateji tərəfdaşlıq müqaviləsi imzalanıb.
Azadmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransada rəsmi səfərdə olan İraqın Baş naziri Məhəmməd Şia Sudani İraq və Fransa arasında strateji tərəfdaşlıq müqaviləsinin imzalandığını açıqlayıb.
Rəsmi səfər çərçivəsində Fransaya gələn İraqın baş naziri Məhəmməd Şia Sudani paytaxt Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb. Sudani sosial media hesabından İraq və Fransa arasında strateji tərəfdaşlıq müqaviləsi imzalandığını açıqlayıb.
Sözügedən razılaşmanın iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üfüqlərini genişləndirəcək bir yol xəritəsi təyin edəcəyini qeyd edən Sudani, “Biz İraqın iqtisadi islahatını və davamlı inkişafını təmin edəcək şəkildə hökumət proqramında planlaşdırdığımız kimi ciddi ortaqlıqlar üçün
dostlarla işləməyə davam edəcəyik.” - Deyib.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.